
Realmedia.info xəbər verir ki, “Azərbaycan Universitetləri” səhifəsinə istinadən verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 31 yaşlı Nigar Adilova universitetin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nigar Adilova 2015-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərir. O, 2017–2023-cü illərdə ADNSU ilə Georgia State University arasında birgə əməkdaşlıq çərçivəsində yaradılmış MBA proqramında tyutor və tədris texnologiyaları üzrə mütəxəssis kimi çalışıb.
2018-ci ildən etibarən həmin proqramda müəllim kimi fəaliyyətini davam etdirən N.Adilova, 2023-cü ildən bu günədək MBA proqramının direktor müavini vəzifəsini icra edib.