[center]
Normadan artıq yağan yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları rayonun qəsəbələrində operativ tədbirlər həyata keçirirlər.
Birliyin əməkdaşları tərəfindən küçə və məhəllələrdə toplanmış yağış sularının axıdılması, su basmış ərazilərin təmizlənməsi, kanal və drenaj xətlərinin açılması istiqamətində intensiv işlər aparılır. Məqsəd sakinlərin gündəlik həyatında yaranan çətinlikləri aradan qaldırmaq və əhalinin rahat gediş-gəlişini təmin etməkdir.
Hazırda texnika və canlı qüvvə səfərbər olunaraq rayonun müxtəlif qəsəbələrində işlər davam etdirilir. Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları yağışın yaratdığı problemlərin qısa müddətdə aradan qaldırılması üçün gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.
Mənbə: RealMedia.info
[center]



