center]
Suraxanı rayonu Mənzil-Kommunal Birliyinin əməkdaşları rayon ərazisində yağan intensiv yağışların yaratdığı problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər.
Birliyin bütün kollektivi yağış sularının vaxtında axıdılması, küçə və həyətlərdə su yığılmasının qarşısının alınması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əməkdaşlar yaranmış vəziyyətin qısa müddətdə aradan qaldırılması və sakinlərin rahatlığının təmin olunması üçün bütün imkanlardan istifadə edirlər.
Qeyd edək ki, hazırda kommunal xidmət əməkdaşları ərazidə fasiləsiz çalışaraq yağış sularının axıdılması və infrastrukturun normal fəaliyyətinin bərpası istiqamətində lazımi tədbirlər görürlər.