
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru Vaqif Kərimovu təltif edib.
Realmedia.info xəbər verir ki, Putinin imzaladığı müvafiq fərmana əsasən, Vaqif Yunus oğlu Kərimov Rusiya Federasiyasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Qeyd edək ki, bu fəxri ad elmi fəaliyyət sahəsində xüsusi xidmətləri olan şəxslərə təqdim olunur. Vaqif Kərimovun uzun illər ərzində geologiya sahəsində göstərdiyi elmi fəaliyyət və töhfələri yüksək qiymətləndirilib.