
Fevralın 24-də Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib.
Görüş zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və ehtiyacları ilə maraqlanılıb. Şəhidin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq xüsusi ehtiramla xatırlanıb.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

