
Ermənistanın baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” Partiyasına qarşı məhkəmə iddiası qaldırıb.
RealMedia.info xəbər verir ki, Paşinyan partiyanın onun haqqında səsləndirdiyi iddiaların təkzib olunmasını tələb edir.
Məlumata görə, söhbət 300 min azərbaycanlının Ermənistana gəlişi ilə bağlı iddiaların və digər açıqlamaların təkzibindən gedir.
Erməni mətbuatında yayılan xəbərlərə əsasən, Paşinyan həmçinin mənəvi zərərə görə 6 milyon dram (təxminən 16 min ABŞ dolları) məbləğində təzminat tələb edir. Məhkəmə işi artıq icraata qəbul olunub.
Qeyd edək ki, sözügedən partiyanın rəhbəri Samvel Karapetyan daha əvvəl seçkilərdə qalib gələcəkləri halda Azərbaycan vətəndaşlarının Ermənistanda daşınmaz əmlak almasının qadağan ediləcəyini bildirmişdi.
Paşinyan bundan əvvəl də Samvel Karapetyana qarşı oxşar məhkəmə iddiası qaldırmışdı.