
Realmedia.info xəbər verir ki, Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə son illər bu sahədə müşahidə olunan durğunluqdan danışıb.
Dövlət başçısı bildirib ki, vaxtilə qəbul edilən proqramlar və qərarlar kənd təsərrüfatında böyük dönüş yaradıb. Bununla yanaşı, son bir neçə ildə inkişaf tempində zəifləmə müşahidə olunur.
Prezident qeyd edib ki, mövcud vəziyyət nəzərə alınaraq yeni Dövlət Proqramı hazırlanıb və yaxın zamanda qəbul ediləcək:
“Qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək”.