
Xocavənd rayonunda bağçılıq təsərrüfatının fəaliyyəti ilə tanışlıq məqsədilə baxış keçirilib.
Realmedia.info xəbər verir ki, Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası baş tutub.
İclasdan sonra iştirakçılar rayonda fəaliyyət göstərən “İmperium Agro” MMC-nin bağçılıq təsərrüfatına baxış keçiriblər. Baxış zamanı təsərrüfatda görülən işlər, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən layihələr və mövcud imkanlar barədə məlumat verilib.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı və yeni təsərrüfatların yaradılması regionun iqtisadi potensialının artırılmasına mühüm töhfə verir.


