
Prezident İlham Əliyev Baxış Abutalıb oğlu Babayevin təltif olunması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Baxış Babayev Azərbaycan Respublikasının elektroenergetika sahəsinin inkişafında uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, “Əmək” ordeni müxtəlif sahələrdə peşəkar fəaliyyəti və dövlət qarşısında xidmətləri ilə fərqlənən şəxslərə təqdim olunur.
Realmedia.info