
İtaliya Respublikasının Baş naziri Giorgia Meloni Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Realmedia.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliyanın Baş nazirini hava limanında Azərbaycan baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində tərəflər arasında ikitərəfli əməkdaşlıq və müxtəlif sahələrdə münasibətlərin inkişafı ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.