
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin İranla bağlı hələ də yerinə yetirilməmiş hədəfləri mövcuddur və ölkə bu məqsədlərə “saziş yolu ilə və ya döyüşlərin bərpası hesabına” nail olmağa hazırdır.
Realmedia.info xəbər verir ki, Netanyahu çıxışında vurğulayıb: “Biz onlara ya saziş yolu ilə, ya da döyüşlərin bərpası hesabına nail olacağıq”.
Baş nazirin sözlərinə görə, İsrail istənilən vaxt hərbi əməliyyatları bərpa etməyə tam hazır vəziyyətdədir.