
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşərək Trans-Xəzər və TRIPP layihələri barədə müzakirələr aparıb.
Realmedia.info xəbər verir ki, Hacıyev bu barədə “X” sosial media hesabında paylaşım edib. Görüş zamanı layihələrin həyata keçirilməsi, əməkdaşlıq imkanları və regional əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Məlumatda bildirilir ki, Trans-Xəzər layihəsi enerji və nəqliyyat sahəsində regional inteqrasiyanı gücləndirməyə yönəlib, TRIPP layihəsi isə təhlükəsizlik və infrastruktur sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyi nəzərdə tutur.