
İran Türkiyəyə raket hücumu ilə bağlı araşdırmaların aparılması üçün birgə komissiya yaradılmasını təklif edib.
Realmedia.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, hadisənin bütün detalları araşdırılmalı və baş verənlərlə bağlı şəffaf nəticə ortaya qoyulmalıdır. Pezeşkian qeyd edib ki, bu məqsədlə İran və Türkiyə arasında birgə araşdırma komissiyasının yaradılmasına hazırdırlar.
İran prezidenti vurğulayıb ki, tərəflər arasında əməkdaşlıq hadisənin səbəblərinin müəyyənləşdirilməsi və regionda gərginliyin artmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda məsələ ilə bağlı tərəflər arasında müzakirələrin davam etdiyi bildirilir.