
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib ki, Prezident İlham Əliyevin çox sıx qrafik və təqvimində may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin tədbirində iştirakı nəzərdə tutulmayıb.
Nazir qeyd edib ki, dövlət başçısının fəaliyyət planı və qarşıdakı tədbirlər cədvəli bu qərarı müəyyən edib.