
Azərbaycanın tanınmış xanəndəsi yaxın günlərdə yeni layihə ilə dinləyicilərin qarşısına çıxmağa hazırlaşır.
Məlumata görə, nəğməkar şair hazırda yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan bu bəstələrin musiqisi isə fövqəladə hallar naziri və bəstəkar tərəfindən yazılıb.
Layihə bu dəfə məhz Alim Qasımovla əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bildirilir ki, mahnılar xüsusi olaraq xanəndə üçün bəstələnib və o, ilk dəfə olaraq Kəmaləddin Heydərovun musiqilərini ifa edəcək.
Qeyd edək ki, sözügedən mahnıların yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır.