
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avropa Birliyində ən yüksək maaş alan vəzifəli şəxs hesab olunur.
Realmedia xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Kristin Laqard rəsmi maaşından 50 faizdən çox gəlir əldə edir. Qeyd olunur ki, onun təkcə əsas maaşı belə Laqardı Aİ-də ən çox qazanan məmur statusuna yüksəldir.
Bildirilir ki, AMB prezidentinin gəlirləri Avropa Birliyinin digər yüksək vəzifəli şəxslərinin maaşlarını xeyli üstələyir.