
Beynəlxalq Kosmik Stansiya (BKS) 2026-cı ilə doğru orbitdə hərəkət edərkən NASA astronavtı Kris Uilyams Yer üzərində maraqlı və unikal bir mənzərəyə şahid olub. Astronavt Yeni il münasibətilə Azərbaycanın paytaxtı Bakı səmasında baş tutan möhtəşəm atəşfəşanlığı kosmosdan lentə alıb.
Yayımlanan görüntülərdə Xəzər dənizi sahili boyunca işıq saçan şəhər mənzərəsi və səmada partlayan rəngarəng fişənglər aydın şəkildə seçilir. Kosmosdan çəkilən bu kadrlar Bakının gecə mənzərəsinin nə qədər parlaq və estetik olduğunu bir daha nümayiş etdirib.