
İranla münaqişə ABŞ üçün böyük maliyyə yükü yaradıb və Pentaqonun açıqladığı məlumata görə, indiyə qədər xərclər təxminən 27 milyard dollar təşkil edib.
Hazırkı xərclər arasında yanacaq sərfi gündə 1 milyard dollar, saatda 41,7 milyon dollar, saniyədə isə 11,6 min dollar civarındadır. İlk 6 gün ərzində 11,3 milyard dollar xərclənib, bundan sonrakı mərhələdə isə hər gün təxminən 1 milyard dollar əlavə maliyyə yükü yaranır.
Münaqişə təxminən 21 gündür davam edir və hər gün ABŞ-ın hərbi xərclərinə ciddi təsir göstərir.