
Rusiya hökuməti benzin, dizel və digər yanacaq növlərinin ixracına qoyduğu müvəqqəti qadağanın müddətini 2026-cı il iyulun sonuna qədər uzadıb. Baş nazir Mixail Mişustin bununla bağlı müvafiq fərman imzalayıb.
Qadağan, ölkə daxilində yanacaq bazarının sabitliyini qorumaq və tələbatı ödəmək məqsədilə tətbiq olunur. Fərmana əsasən, bəzi istisnalar nəzərdə tutulub; məsələn, neft emalı müəssisələri qaydalar daxilində ixrac həyata keçirə biləcək.
Bu qərar, Rusiya daxilində qiymətlərin artmasının qarşısını almaq və yerli təchizatı qorumaq üçün atılan addımlardan biridir. Qadağa, əvvəlki illərdə də bir neçə dəfə tətbiq olunmuş və müxtəlif müddətə uzadılmışdı.