
✍️ Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Əli oğlu Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, İ.Hüseynov 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini vəzifəsində çalışıb.