
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XVI turunda baş verən mübahisəli epizodlarla bağlı açıqlama verib.
Realmedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Həsənov “Karvan-Yevlax” – “Neftçi” qarşılaşmasında FIFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.
Komitə sədri oyunun birinci hissəsinin sonlarında “Neftçi”nin qapısına təyin edilən penaltinin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, həmin epizodda qayda pozuntusu qeydə alınmalı deyildi.
Qeyd edək ki, sözügedən qərar futbol ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olub.
[media=http://[media=https://youtu.be/BQhXLVr0SRs?si=2hiO7f6EVmgHjaRQ]