
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinə bu gün start verilir.
Realmedia.info xəbər verir ki, mərhələ 162,9 kilometr məsafəni əhatə edir. Yarış Qəbələ şəhərindən start götürərək Mingəçevirdə başa çatacaq.
Qeyd edək ki, ilk mərhələdə finiş xəttini Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci keçib. Ötən gün keçirilən ikinci mərhələnin qalibi isə “Astana” komandasının qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında 20 ölkədən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur.
Yarışa mayın 14-də yekun vurulacaq. Son mərhələnin isə Xankəndi şəhərində keçiriləcəyi bildirilib.