
"Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə "Neftçi" rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürünü bildirib.
O qeyd edib ki, "Neftçi" klubu bu qərarı ilə öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini bir daha nümayiş etdirdi. Tahir Gözəl əlavə edib ki, bu addım sübut etdi: rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.
Prezident həmçinin bildirib: "İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir."
Tahir Gözəl Peşəkar Futbol Liqasına da minnətdarlığını ifadə edib: müraciətə əsasnaməyə uyğun, operativ və obyektiv yanaşdığı üçün təşəkkür edir. O, eyni zamanda, "Neftçi" klubuna gələcək fəaliyyətində uğurlar arzulayıb.