
“Qarabağ” klubunun mətbuat xidmətindən bildirilib ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl Yunayted”lə oyun öncəsi, fevralın 21-də keçiriləcək Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsindəki “Neftçi” – “Qarabağ” matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına rəsmi müraciət olunub.
Lakin “Neftçi”nin etirazı nəzərə alınaraq müraciət qəbul edilməyib. Beləliklə, matç plan üzrə 21 fevral saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək. “Qarabağ” oyun bitdikdən bir gün sonra İngiltərəyə yola düşəcək.