
Realmedia.info xəbər verir ki, məşhur fransalı baş məşqçi Rollan Kurbis yanvarın 12-də 72 yaşında vəfat edib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Kurbis uzun illər ərzində bir çox Fransa klublarını çalışdırıb, o cümlədən "Bordo" klubunda əfsanəvi Zinəddin Zidanın baş məşqçisi olub və ona "Zizu" ləqəbini verib.
Qeyd olunur ki, Kurbis son olaraq 2016-cı ildə "Renn" klubunda fəaliyyət göstərmişdi.