
Tehran polisinin rəisi Abbas Əli Məhəmmədiyan bildirib ki, cinayət törədən şəxslərə qarşı qanun çərçivəsində heç bir güzəşt edilməyəcək və belə əməllər törədənlər polis tərəfindən güllələnəcək.
Realmedia xəbər verir ki, rəis həmçinin qeyd edib ki, son günlərdə güllələnmiş və bir qisminin xəstəxanaya yerləşdirildiyi oğruların vəziyyəti polis qüvvələrinin cinayətkarlara qarşı sərt mövqe sərgilədiyini bir daha təsdiqləyir.
Abbas Əli Məhəmmədiyan cinayətkarlara qarşı hüquqi tədbirlərin bundan sonra da eyni ciddiliklə davam etdiriləcəyini vurğulayıb.