
TikTok sosial şəbəkəsində qeyri-etik məlumatlar yaydığı bildirilən şəxs saxlanılıb.
Realmedia.info xəbər verir ki, Səfayıl Əliyev Ağdam rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı maddə əsasında protokol tərtib olunub.
Məhkəmənin müvafiq qərarı ilə S.Əliyev inzibati qaydada həbs edilib.