
Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.
Realmedia.info xəbər verir ki, Dursun Həsənov Bakıda yaşadığı evdə dünyasını dəyişib. Məlumata görə, onun ölümünə ürək çatışmazlığı (infarkt) səbəb olub.
Bildirilib ki, mərhumla vida mərasimi bu gün saat 11:00-da Bakı şəhərində yerləşən Təzə Pir məscidində keçiriləcək.
Dursun Həsənov iyunun 13-də Bakıda torpağa tapşırılacaq.
Qeyd edək ki, Dursun Həsənov əslən Gürcüstanın Marneuli rayonunun Algeti kəndindən olub. O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib.
Allah rəhmət eləsin.