
Bakıda keçirilən əməliyyat nəticəsində iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt və ətraf ərazilərdə həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkum olunmuş 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov tutulublar.
Onlardan ümumilikdə 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb.
Məlumata əsasən, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.