
Şirvan şəhərində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb.
Əməliyyat zamanı Əli Qurbanov, Kamil Hüseynov, Nicat Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov saxlanılıblar.
Araşdırmalar zamanı həmin şəxslərdən külli miqdarda metamfetamin, heroin və marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.