
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Realmedia.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisəni törədən 27 yaşlı Alim Qasımzadə polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Nazirlikdən qeyd olunub ki, həmin şəxsin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.