
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, qəza Xəzər rayonu ərazisində, Milli Aviasiya Akademiyası yaxınlığında, Aeroport şosesi istiqamətində qeydə alınıb.
Məlumata görə, hadisə zamanı "Toyota" və "Audi" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində "Audi" markalı nəqliyyat vasitəsi aşıb.
Qəza zamanı üç nəfərin xəsarət aldığı bildirilir.
Hadisə səbəbindən sözügedən istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.