
Realmedia.info xəbər verir ki, Şamaxıdan Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitəsi Qobustan ərazisində qəza edib. Hadisə nəticəsində yol bir müddət bir tərəfli bağlanıb və çoxlu sayda avtomobil yolda qalıb.
Dumanlı hava şəraiti və bayram tətili səbəbindən regionlardan Bakıya qayıdan sürücülər ciddi tıxacla üzləşiblər.