
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) prezident ailəsinə qarşı şantaj cəhdi ilə bağlı əməliyyat keçirib. Əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən F.S. saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs saxta məlumatlar yaymaq və videoları ictimailəşdirməmək qarşılığında pul tələb edib. Telefonunda tapılan videomaterialların bir hissəsi pornografik məzmunlu saytlar üzərindən əldə olunub.
Hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq davam edir. DTX bildirib ki, ağır cinayət əməlinin qarşısı vaxtında alınıb və hüquqi tədbirlər davam etdirilir.