
Şöbəyə izahat verməyə çağırılan şəxs mobil telefonunu corabında gizlətməyə çalışdığı üçün həbs edilib.
Məlumata görə, 31 yaşlı şəxs verdiyi şikayətlərlə bağlı izahat vermək üçün polis şöbəsinə dəvət olunub. O, şöbəyə getməzdən əvvəl “Samsung A33” markalı mobil telefonunu corabında gizlədib.
İnzibati binada aparılan yoxlama zamanı mobil telefon həmin şəxsin üzərində aşkarlanıb. Bildirilir ki, Araz adlı şəxs bu zaman polis əməkdaşları ilə mübahisə edib və onların qanuni tələbinə tabe olmayıb.
Məhkəmənin qərarı ilə o, 15 sutka müddətinə inzibati həbs edilib.