
Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini, Ginnesin Rekordlar Kitabına düşmüş Ələsgər Həsənzadənin meyiti dənizdə aşkarlanıb.
Məlumata görə, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışında qalib olmuşdu. O, 7 yaşında ikən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına çatdıraraq (“press” hərəkəti) 3 min dəfə icra etmiş və dünya rekordunu yeniləmişdi.
Bu uğuru sayəsində Ələsgər Həsənzadə Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı idmançı olmuş, qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilmişdi.