
Kəlbəcərdə su idarəsinin əməkdaşı iş başında vəfat edib.
Realmedia.info xəbər verir ki, rayonun Qılınclı kənd sakini, 58 yaşlı M.Zeynalovun meyiti işlədiyi müəssisənin ərazisində aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin baxış zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib.
Məlumata görə, M.Zeynalov Kəlbəcərdə su idarəsində çalışıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.