
Cəlilabad rayonundan olan itkin şəhid Mahir Abuzər oğlu Quliyevin nəşinin qalıqları müəyyən edilib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq prosedurlar həyata keçirilir.
Şəhidin nəşinin qalıqlarının dəfn mərasimi doğma rayonunda 19 fevral 2026 tarixində keçiriləcək.
Qeyd edək ki, 1958-ci ildə Cəlilabadda anadan olan Mahir Quliyev könüllü olaraq döyüşlərə qatılmışdır. İki qızı və bir oğlu olan şəhid, 1992-ci ilin 15 iyununda Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Onun tapılan nəşi vətənə xidmət etmiş qəhrəmanlıq yolunun və ailəsi üçün illərlə davam edən gözləntinin sonunda bir ümid işığıdır. Allah rəhmət eləsin.