
Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb. Məlumata görə, yaxın günlərdə şəhidin cənazəsi ailəsinə təhvil veriləcək.
Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, Zar kənd sovetinin sədri kimi fəaliyyət göstərib.
Bildirilir ki, B.Kamalov 5 aprel 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşüb. O, 8 aprel 1993-cü ildə ermənilər tərəfindən qətlə yetirilib.
İndiyədək mərhumun dəfn olunduğu yer məlum deyildi. Kəlbəcərdən məcburi köçkün düşən ailəsi isə daha sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb.