
🗣️ ABŞ Prezidenti Donald Tramp Venesuelada ikinci hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib. Bu barədə o, Florida ştatının Uest-Palm-Biç şəhərindən Vaşinqtona gedən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp vurğulayıb ki, ABŞ rəhbərliyi dərhal yeni hökumət qurmaq üçün seçkilərə təzyiq göstərməkdənsə, narkotik alverinin qarşısını almaq və Venesuelanın neft sənayesini bərpa etmək məqsədilə Maduro rejiminin qalan üzvləri ilə əməkdaşlıq edəcək.