
Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda yaşayan İsa və Hale Kereci cütlüyü sosial şəbəkədə yayılan süni intellektlə hazırlanmış saxta investisiya videosu vasitəsilə dələduzluğun qurbanı olub. Realmedia.info xəbər verir ki, müxtəlif bəhanələrlə pul köçürməyə məcbur edilən cütlüyə ümumilikdə 1,5 milyon lirə maddi zərər dəyib. Hadisə ilə bağlı zərərçəkənlər prokurorluğa müraciət ediblər və vətəndaşları sosial mediada paylaşılan investisiya reklamlarına qarşı ehtiyatlı olmağa çağırıblar.