• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb” deyən qadının yenidən məhkəməsi başladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

6-08-2024, 21:09




10 gün əvvəl deputatlığa namizədliyi ləğv olunmuş eks-deputat Elton Məmmədovla biznesmen tanışı, 1955-ci il təvəllüdlü Lyubov Vladimirovna Bağırovanın məhkəmə çəkişməsi davam edir.
Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Lyubov Bağırova Elton Məmmədovu qəzəbləndirən fikirləri ötən ilin sentyabrında agentliklərin birinə müsahibəsində deyib. Həmin müsahibədə Lyubov Bağırovanın həyat yoldaşının da fikirləri yer alıb.
Elton Məmmədov Nəsimi Rayon Məhkəməsinə üz tutaraq “Nazir qardaşının adı çəkilən iş haqda” adlı həmin məqalədə təhqir olunduğunu iddia edib.
Həmin məqalədən sitat: “2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyubov Bağırovlar ailəsi o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan Elton Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də Lyubov Bağırovanın təsisçi və direktoru olduğu MMC-yə faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyadan Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə “Azəryolservis” ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən vasitəçilik edib. Sövdələşmən ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyubov Bağırovlar dövlət şirkətinin adıçəkilən rəhbəri ilə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub”.
Elton Məmmədov isə onun barəsində yazılanların böhtan və təhqir olduğunu iddia edib. Məhkəmədə özünü müdafiə edən 69 yaşlı sahibkar Lyubov Bağırova Elton Məmmədovla bağlı dediklərinin həqiqət olduğunu bildirib:
“Ərim Elxan Bağırovla birlikdə 2005-ci ildə MMC-ni təsis edərək həmin dövrdə Milli Məclisin deputatı olan Elton Məmmədovla Rusiyanın müxtəlif zavodlarından yol təsərrüfatında istifadə edilən ağır texnikanın Azərbaycana idxalı ilə bağlı birgə biznes fəaliyyətilə məşğul olmuşuq. Elton Məmmədov bizə texnikanın alqı-satqısı ilə bağlı müqavilələrin bağlanması üçün rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək 2012-ci ilin iyun ayında 1,4 milyon ABŞ dolları, 2014-cü ilin dekabr ayında 1,2 milyon ABŞ dolları, 2015-ci ilin avqust ayında isə 400 000 manat məbləğində pul alıb. Həmçinin 2012-ci ildə mənə məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən əmlak kompleksi alqı-satqı yolu ilə digər vəzifəli şəxsin adına rəsmiləşdirilib”.
Elton Məmmədov isə ifadəsində Lyubov Bağırova və Elxan Bağırovun 2018-2021-ci illərdə ona maddi yardım etmək məqsədilə dost kimi müraciət etdiklərini deyib:
“Mən də uzunmüddətli dostluq münasibətlərini nəzərə alaraq əmək fəaliyyəti nəticəsində əldə etdiyim əmlaklarımdan onlara təmənnasız əmlak vermişəm ki, satıb borclarını ödəsinlər və maddi imkanları düzəldikdən sonra qaytarsınlar. Barəsində şikayət etdiyim Lyubov Vladimirovna onlara göstərdiyim maddi və mənəvi köməyə görə mənə yazılı minnətdarlıqlarını da bildirib. Lakin ilkin olaraq xahiş kimi edilən hərəkətlər sonralar hədə-qorxu ilə pul tələb etmə ilə əvəzləndi. Lyubov Bağırova təkidlə məndən əlavə borc pul tələb etməyə başladı, tez-tez çalışdığım Azərbaycan Milli Elmlər Akademiyasının binasına və evimə gəlib belə hərəkətlərini davam etdirirdi. Ona pul verməyə imkanımın olmadığını bildirdikdə, məni guya onları müflis etmək, pullarını mənimsəməkdə hədələdi. Barəmdə hüquq-mühafizə orqanlarına şikayətlər edəcəyini, böhtan atacağını söylədi. Lakin mən bir ziyalı, dövlət qarşısında xidmətləri olan şəxs kimi dövlətə, qanunlara güvənərək onlara əhəmiyyət vermirdim. Elxan Bağırovun ailəsi ilə vaxtında dostluq etdiyimdən Lyubov Bağırovaya qarşı şikayət etmirdim. Bununla belə, Lyubov Bağırova müxtəlif informasiya saytlarında məqalə dərc etdirərək mənə böhtan atıb, şərəf və ləyaqətimi, işgüzar nüfuzumu qəsdən alçaldıb. Məni ağır cinayətdə ittiham etməklə öz qanunazidd hərəkətlərini davam etdirib”.
Nəsimi Rayon Məhkəməsi Lyubov Bağırovanı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə təqsirli bilib. Ona qazancının 5 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası verilib.
Qeyd edək ki, Elton Məmmədov deputatlıqdan sonra AzTU-nun strateji inkişaf üzrə prorektoru, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru kimi vəzifələrdə də çalışıb./Musavat.com/

Oxunub: 57
Paylaş:
Digər xəbərlər

Hadisə

30-07-2024, 21:31

"Nişanlısına zəng etdiyi üçün irad bildirdi" - Zabiti qətlə yetirən şəxsin cinayət işi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

19-07-2024, 20:20

Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

18-07-2024, 21:03

Tanınmış vəkillər arasında qalmaqal [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-07-2024, 22:01

Qalmaqallı dairələrin yeni namizədləri... - Biri 34 yaşlı xanımdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

12-07-2024, 18:54

“500 manata görə açmışdım” - 2 milyon borcu olan şirkətin sahibi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İyulun 22-də pensiyaların tam ödənişi yekunlaşdırılacaq
TƏBİB katalka ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi
400 bal toplayan Paşa İsbəndiyarlı uğurunun sirrini açıqladı: "Əsas məsələ çox oxumaq deyil"
Bayram Aslanov – Gəncə şəhərində təşkilati fəaliyyətə və ictimai dialoqa önəm verən rəhbər
Psixoloq Aygün Paşazadə – Yeniyetmə və ailə psixologiyası sahəsində peşəkar yanaşması ilə seçilən mütəxəssis
DİN və MEDİA-dan özəlləşdirmə çekləri ilə bağlı saxta məlumatlara XƏBƏRDARLIQ
Hadisə
Dün, 15:57
"Vital Hospital"la bağlı yayılan iddialar araşdırılır – Səhiyyə Nazirliyi açıqlama verdi
Dün, 10:48
Zərdabda faciə: 2 yaşlı uşaq otbağlayan aqreqatın altında qalaraq həyatını itirdi
Dün, 09:29
Salyandakı ağır qəzada ölənlərin sayı dördə çatdı
20-07-2026, 17:22
Bakının bu küçəsində yol çökdü – Tıxac yarandı
19-07-2026, 15:00
Ağdam-Füzuli yolu yaxınlığında minalanmış ərazidə yanğın başlayıb
19-07-2026, 14:45
İsmayıllıda ağır yol qəzası: 3 nəfər həyatını itirib
Son xəbərlər
  • Dün, 15:57
    "Vital Hospital"la bağlı yayılan iddialar araşdırılır – Səhiyyə Nazirliyi açıqlama verdi
  • Dün, 15:50
    İyulun 22-də pensiyaların tam ödənişi yekunlaşdırılacaq
  • Dün, 15:40
    TƏBİB katalka ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi
  • Dün, 15:37
    400 bal toplayan Paşa İsbəndiyarlı uğurunun sirrini açıqladı: "Əsas məsələ çox oxumaq deyil"
  • Dün, 14:13
    Bayram Aslanov – Gəncə şəhərində təşkilati fəaliyyətə və ictimai dialoqa önəm verən rəhbər
  • Dün, 14:10
    Psixoloq Aygün Paşazadə – Yeniyetmə və ailə psixologiyası sahəsində peşəkar yanaşması ilə seçilən mütəxəssis
  • Dün, 10:48
    Zərdabda faciə: 2 yaşlı uşaq otbağlayan aqreqatın altında qalaraq həyatını itirdi
  • Dün, 10:10
    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə yola düşüb
  • Dün, 09:29
    Salyandakı ağır qəzada ölənlərin sayı dördə çatdı
  • Dün, 09:20
    DİN və MEDİA-dan özəlləşdirmə çekləri ilə bağlı saxta məlumatlara XƏBƏRDARLIQ
  • 20-07-2026, 17:22
    Bakının bu küçəsində yol çökdü – Tıxac yarandı
  • 20-07-2026, 17:16
    Azərbaycanda işaxtaranlar üçün süni intellektə əsaslanan yeni xidmətlər yaradılacaq
  • 20-07-2026, 17:12
    Prezident dövlət satınalmaları haqqında qanunda dəyişiklikləri təsdiqlədi
  • 20-07-2026, 17:08
    Coşqun Qarayevin yerinə yeni təyinat olub
  • 20-07-2026, 17:05
    İlham Əliyev 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının Tədbirlər Planını təsdiqləyib
  • 20-07-2026, 17:01
    İlham Əliyev İspaniya Kralını dünya çempionluğu münasibətilə təbrik edib
  • 20-07-2026, 16:51
    Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub
  • 20-07-2026, 16:42
    Messi: "İspanlar bizdən daha üstün oynadılar"
  • 20-07-2026, 16:31
    İranda ardıcıl iki güclü zəlzələ baş verib
  • 20-07-2026, 16:08
    İspaniya və Argentina millilərinin start heyətləri açıqlandı
  • 19-07-2026, 15:00
    Ağdam-Füzuli yolu yaxınlığında minalanmış ərazidə yanğın başlayıb
  • 19-07-2026, 14:45
    İsmayıllıda ağır yol qəzası: 3 nəfər həyatını itirib
  • 19-07-2026, 14:43
    Dünya çempionatının finalı "TOP-al" podkastında müzakirə olunub
  • 19-07-2026, 14:40
    "Azərsilah"ın poliqonunda yanğın baş verib
  • 24-06-2026, 16:27
    İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfərə gəlib
  • 24-06-2026, 16:23
    🇦🇿🇹🇲 Türkmənistan Prezidentinin Qarabağ səfəri diqqət çəkib
  • 24-06-2026, 16:14
    🇦🇿 Dövlət qulluqçuları təltif edildi – TAM SİYAHI
  • 24-06-2026, 16:08
    Müavinət, təqaüd və sosial ödənişlərin verilmə tarixi açıqlanıb
  • 24-06-2026, 16:05
    Şabranda bıçaqlanma hadisəsi: məhkəmə hökm çıxarıb
  • 24-06-2026, 16:03
    "General Hospital"ın lisenziyası ləğv edilib
  • 24-06-2026, 15:54
    Ağcabədidə itkin düşən iki yeniyetmə tapılıb
  • 24-06-2026, 15:47
    Dübəndidə sahilboyu təmizlik aksiyası keçirilib
  • 24-06-2026, 09:40
    İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyini ziyarət ediblər
  • 24-06-2026, 09:28
    Qətər Şura Məclisinin sədri Azərbaycana işgüzar səfərə gəlib
  • 23-06-2026, 17:00
    CƏSARƏT ƏZİMOVA DOĞUM GÜNÜ TƏBRİKİ!
Daha çox
  • Təsisçi və Baş direktor: Mahmudova Firəngiz
  • Direktor köməkçisi: İsmayılov Əziz
  • Əlaqə: (+99470) 222 84 02 / (+99455) 384 25 05
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Realmedia.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə