
Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətlərinə xitam verilib.
Realmedia xəbər verir ki, Axar.az Gununsesi.info-ya istinadən bildirir ki, qərara səbəb hakimin Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi və hakim adına xələl gətirən hərəkətlərə yol verməsi olub.
Məlumata görə, İlqar Məmmədov dolu yağışı zamanı yeni aldığı avtomobili qorumaq üçün hakim mantiyasını avtomobilin üzərinə sərib. Hadisə ilə bağlı foto və video materiallar Məhkəmə-Hüquq Şurasına təqdim edilib.
Məhkəmə-Hüquq Şurası İlqar Məmmədovun hakimlik səlahiyyətlərinə xitam verildiyini təsdiqləyib.