
“Azərbaycan Nəşriyyatı” MMC doqquzmərtəbəli korpusda aparılan texniki baxış zamanı ciddi qüsurlar aşkarlandığını bildirib. Qurum açıqlayıb ki, bu səbəbdən bina 1 fevral 2026-cı ildən istismardan çıxarılacaq.
Qeyd olunub ki, aparılacaq əsaslı təmir yalnız həmin binaya aiddir və “Azərbaycan Nəşriyyatı” MMC fəaliyyətini dayandırmayacaq. Təmir işləri başa çatdıqdan sonra bina yenidən istifadəyə veriləcək.