
ABŞ-ın keçmiş prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib.
Realmedia.info xəbər verir ki, Tramp çıxışında İranın razılaşdırılmış şərtləri qəbul etməsi halında regionda gərginliyin azalacağını bildirib.
Onun sözlərinə görə, bu halda “Epik Qəzəb” adlandırılan proses sona çata bilər və Hörmüz boğazında ticarət və nəqliyyat üçün “çox təsirli blokadanın aradan qalxması” mümkün olar.
Tramp əlavə edib ki, razılaşma əldə olunarsa, İran və digər ölkələr üçün mühüm strateji əhəmiyyət daşıyan Hörmüz boğazının açıq qalması təmin edilə bilər.
O, həmçinin bildirib ki, əgər razılaşma əldə olunmasa, hərbi əməliyyatların daha yüksək intensivlikdə davam edəcəyi ehtimal olunur.
Qeyd edək ki, bu açıqlama beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.