
Şimali Koreya karbon lifli kompozit materialdan hazırlanmış yeni böyük bərk yanacaqlı raket mühərrikinin çıxış hissəsini sınaqdan keçirib.
Məlumata görə, mühərrik təxminən 2 500 kN (təxminən 255 ton güc) itmə qüvvəsi yaradır ki, bu da onun yüksək gücə malik olduğunu göstərir.
Sınaq prosesini ölkə lideri Kim Çen In şəxsən izləyib.
Qeyd olunur ki, bu cür sınaqlar Şimali Koreyanın raket texnologiyaları sahəsində imkanlarını daha da genişləndirməyə yönəlib.

