
İsrail ərazisinin mərkəz və cənub bölgələrində genişmiqyaslı hava həyəcanı elan edilib.
Məlumata görə, xəbərdarlıq siqnalları Şaron və Mərkəzi Sahil, Böyük Təl-Əviv, İordan çayının qərb sahili, Beyt-Şemeş bölgəsi, Lakiş və Şefela, Qərbi Negev, eləcə də Qəzza zolağı sərhədi ətrafındakı yaşayış məntəqələrində aktivləşdirilib.
Ümumilikdə 277 nöqtədə hava həyəcanı siqnallarının verildiyi bildirilir.
Bundan əlavə, İordan çayının qərb sahili, Beyt-Şemeş, Lakiş və Şefela bölgələrində daha 28 məntəqədə əlavə xəbərdarlıq siqnalları işə salınıb.
Hadisələrin səbəbi və mümkün təhlükə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
