
İranın raket arsenalının mənzili Britaniyanın paytaxtı Londonu hədəf ala biləcək səviyyəyə çatması Britaniya mətbuatında ciddi rezonans doğurub.
Realmedia.info Britaniyanın “The Telegraph” qəzetinə istinadən bildirir ki, mütəxəssislər ölkənin hava məkanının İranın yeni nəsil raketləri qarşısında demək olar ki, müdafiəsiz olduğunu qeyd edirlər.
Qəzet vurğulayır ki, Tehrandan atılan raketlər trayektoriyasını dəyişərsə, London birbaşa zərbə zonasına düşə bilər.
Məsələ martın 21-də İranın Hind okeanındakı Dieqo Qarsiya bazasına iki ballistik raket atmasından sonra daha da aktuallaşıb. Raketlərdən biri havada nasazlıq səbəbindən sıradan çıxıb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən zərərsizləşdirilib.
Buna baxmayaraq, Tehranın belə uzaq məsafəyə raket ata bilməsi bütün Avropa paytaxtlarını faktiki olaraq risk zonasına daxil edib.