
İsrail ordusu SEPAH-ın bölməsinə və İrana məxsus ballistik raket qərargahına zərbə endirib.
Məlumata görə, hücum zamanı hərbi infrastruktur hədəf alınıb. Zərbələrin nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hadisə regionda gərginliyin daha da artmasına səbəb ola biləcək addım kimi qiymətləndirilir. Ekspertlər bildirir ki, bu cür əməliyyatlar Yaxın Şərqdə təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.