
İraqda fəaliyyət göstərən “İslam Müqaviməti” hərəkatı ABŞ-yə məxsus KC-135 yanacaqdaşıyan hərbi təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.
Realmedia.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, İranın dəstəklədiyi qruplaşma yaydığı bəyanatda təyyarəni “ölkəmizin suverenliyini və hava məkanını qorumaq üçün” vurduqlarını iddia edib.
Bildirilib ki, insidentə baxmayaraq, təyyarənin heyəti uçuş aparatını ABŞ-nin nəzarətində olan aerodromlardan birinə endirməyə nail olub.
Hadisə ilə bağlı ABŞ tərəfinin rəsmi mövqeyi hələlik açıqlanmayıb.